UEFA Çempionlar Liqasının V turundan sonra “Qarabağ”ın əldə etdiyi gəlir bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu indiyədək turnirdən 30 milyon avro (təxminən 59 milyon manat) qazanıb.
Qurban Qurbanovun komandası gəlir sıralamasında 33-cü yerdədir və bu göstərici ilə “Union” (Belçika), “Pafos” (Kipr) və “Kayrat”ı (Qazaxıstan) geridə qoyub.
Siyahıya isə 73,2 milyon avro ilə PSJ başçılıq edir.

