19 İyun 2026
Ölkə futbolu

“Səbail” yeni baş məşqçisini açıqladı – RƏSMİ

Adil Şükürov “Səbail”in baş məşqçisi təyin olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Noyabrın 30-da, saat 16:00-da Adil Şükürov komanda ilə ilk məşqinə çıxacaq, məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43