Misli Premyer Liqasının XIII turunda “Karvan-Yevlax” səfərdə “Qarabağ”a məğlub oldu – 0:2.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra Yevlax təmsilçisinin məşqçisi Füzuli Məmmədov görüşü belə şərh edib:
“Futbolçularımız ilk hissədə dediyim plana uyğun yaxşı oyun sərgilədilər. İkinci yarıda bir az yorğunluq hiss olundu. “Qarabağ”ın əvəzetmələrindən sonra daha çox güc sərf etdik. Amma buna rəğmən komandam yaxşı oyun göstərdi. Məğlub olmamağa çalışırdıq. Amma bu da futbolun bir hissəsidir. “Qarabağ”ı təbrik edirəm. Oyunu təhlil edəcəyik. Qarşıda matçlar var. Həmin görüşlərə çox ciddi hazırlaşacağıq”.

