27 İyul 2026
Dünya futbolu

“Qalatasaray” futbolçusu ilə vidalaşır

“Qalatasaray”ın yarımmüdafiəçisi Berkan Kutlu komandanı tərk etməyə yaxındır.

İdmanxeber.az xəbər verir ki, bu mövsüm az oyun şansı qazanan 27 yaşlı futbolçu “Konyaspor”la ilkin razılığa gəlib.

Çağdaş Atanın çalışdırdığı klubla danışıqların müsbət nəticələndiyi və transferin tezliklə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, “Qalatasaray” rəsmisi Abdullah Kavukcu daha əvvəl Berkan Kutluya Türkiyədən təkliflərin olduğunu açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43