26 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Sabah”ın futbolçusu bölgə klubu ilə anlaşdı

“Sumqayıt”da icarə əsasında çıxış edən Rauf Rüstəmli komandadan ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, oyunçu öz istəyi ilə “kimyaçılar”dan gedib. Onun yeni komandası artıq bəllidir.

Rüstəmli mövsümün sonuna qədər “Karvan-Yevlax”da çıxış edəcək. O, artıq klubun bazasındadır.

Xatırladaq ki, futbolçu müqavilə ilə “Sabah”a məxsusdur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43