25 İyul 2026
Ölkə futbolu

“Sabah” özbək futbolçu ilə müqavilə imzaladı – RƏSMİ 

“Sabah” yarımmüdafiəçi Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

İdmanxeber.az-ın məlumatına görə, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Umarali ilə yeni 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. O, komandanın  heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43