25 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”un rəqibləri bəlli oldu

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 10-da “Turan Tovuz” Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq.  Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqib  Polşa təmsilçisi  “Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43