25 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu “Beşiktaş”da oynamaq istəyir 

Niderlandın “Volendam” klubunda çıxış edən Ozan Can Kökçü komandadan ayrılmaq istəyir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” futbolçunun xidmətində maraqlıdır. Bir neçə gün öncə oyunçunun atası xəbərləri təkzib etsə də, iddialar səngimir.

Belə ki, Türkiyənin “Aksu Haber” nəşri millimizin üzvünün “Beşiktaş”da oynamaq istədiyini yazıb. Futbolçunun qardaşı Orkun Kökçü ilə eyni klubda oynamağa müsbət yanaşdığı da xəbərdə vurğulanıb. 

Bu səbəbdən də “Beşiktaş” rəhbərliyin futbolçu ilə yaxından maraqlanır. Mövsüm sonu azad agent olacaq Ozan Can karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Xatırladaq ki, 27 yaşlı futbolçu cari “Volendam”da 17 oyunda çıxış edib və 1 qol vurub, 2 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43