25 İyul 2026
Ölkə futbolu

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti 9 funt sterlinqdən (təxminən 21 AZN) başlayır və 61 funta (təxminən 140 AZN) qədər dəyişir. Son satış tarixi 7 yanvardır.

Qarşılaşma 61 min tamaşaçı tutumuna malik “Enfild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43