Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv “Kəpəz”lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma ev sahibinin qələbəsilə başa çatıb – 3:1
“Kəpəz” 16 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 15 oyun keçirən “Qəbələ” isə 8 xalla 11-ci yerdədir.

