26 İyul 2026
Dünya futbolu

“Beşiktaş” Benzemanın transferində maraqlıdır

“Beşiktaş” Fransa millisinin sabiq hücumçusu Kərim Benzemanı heyətinə qatmaqda maraqlıdır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” yayda transfer əslən Əlcəzairdən olan fransız hücumçu ilə güclənmək niyyətindədir.

38 yaşlı futbolçu özü də “Beşiktaş”da oynamağa hazırdır. Tərəflər arasında danışıqlara start verilib. Yalnız Benzemanın yüksək maaş istəməsi transferin baş tutmasına mane ola bilər.

Onun “Əl-İttihad”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.  

O, “Lion”, “Real”da forma geyindikdən sonra 2023-cü ildə “Əl-İttihad”la anlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43