“Real”da baş məşqçi dəyişikliyi rəsmiləşib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi əsas komandanın sükanı arxasına Alvaro Arbeloanı gətirib. Arbeloa ehtiyat komandaya rəhbərlik etməyə başladıqdan cəmi bir neçə ay sonra uğurlu nəticələrlə diqqət çəkmişdi.
Onun rəhbərliyi altında “Kastilya” dördüncü pillədə qərarlaşıb və pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu göstəricilərdən sonra Madrid təmsilçisinin rəhbərliyi əsas komandaya məhz onu etibar etməyi məqsədəuyğun hesab edib.

