“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hazırlığı barədə jurnalistlərə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Ağdam klubunun sabiq üzvü Qara Qarayevin karyerasını bitirərək U-21 millimizdə çalışacağı barədə də danışıb:
“Qara Azərbaycan futbolü üçün ancaq faydalı ola bilər. Başqa cür düşünməyə ehtiyac yoxdur. Bəlkə bir neçə il də oynaya bilərdi. O tərəfdə tez bitirsə də, bu tərəfdə tez başladı. Bu, gələcək karyerası üçün daha faydalı ola bilər”.

