15 İyul 2026
Ölkə futbolu

Qabonlu hücumçu “Sabah”da – RƏSMİ 

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandamızın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb.

İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43