15 İyul 2026
Ölkə futbolu

“Neftçi” – “Qarabağ” matçı təxirə salınır 

Azərbaycan Premyer Liqasının 21-ci turunda Bakı “Neftçi”si ilə Ağdam “Qarabağ”ı arasında keçiriləcək oyun təxirə salınacaq.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma fevralın 21-də “Palmus Sports Arena”da (saat 19:00) keçirilməli idi. Lakin bu oyunun  “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə keçirəcəyi iki oyun arasına düşdüyü üçün təxirə salınacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl “Neftçi”nin oyunun təxirə salınmasına razı olmadığı bildirilirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43