Bu gün Azərbaycan Premyer Liqasında 19-cu turun daha iki matçı keçirilib.
İdmanxeber.az xəbər verir ki, “Kəpəz” “İmişli”nin qonağı olub. Görüşdə hesab açılmayıb – 0:0.
“Turan Tovuz” isə “Karvan-Yevlaxl”ı sınağa çəkib. Qarşılaşma Tovuz klubunun qələbəsilə başa çatıb – 1:0.
Azərbaycan Premyer Liqası
XIX tur
9 fevral
14:30 “İmişli” – “Kəpəz” 0:0
Baş hakim: Fərid Hacıyev
Quba OİK stadionu
18:30 “Turan Tovuz”- “Karvan-Yevlax” 1:0
Baş hakim: Vüqar Həsənli
“Azersun Arena”

