“Bavariya”in vingeri Mikael Olise yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına qayıda bilər.
İdmanxeber.az xəbər verir ki, “Çelsi” və “Mançester Siti” 24 yaşlı fransalı futbolçunu heyətinə qatmaq istəyir. Münhen klubu Olise ilə yalnız təxminən 150 milyon avro təklif ediləcəyi halda yollarını ayırmağa hazırdır.
Olisenin “Bavariya” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, bu mövsüm Bundesliqada 21 oyunda 10 qol və 16 assistlə yadda qalıb.

