12 İyul 2026
Ölkə futbolu

Zaur Axundova cinayət işi açıldı 

Azərbaycan Futzal Federasiyasnın (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.

İdmanxeber.az-ın məlumatına görə, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.

Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.

Qeyd edək ki, Zaur Axundovun qardaşı Ramin Axundov “Araz Naxçıvan” futbol klubunun prezidentidir. O, bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib. (Qafqazinfo)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43