Azərbaycan Premyer Liqasının XX turunda “Zirə” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq.
Qəsəbə təmsilçisində Brahim Konate və İssa Cibril, Yevlax klubunda isə Araz Abdullayev zədə səbəbindən matçda meydana çıxa bilməyəcək.
“Zirə” – “Karvan Yevlax” görüşü bu gün saat 17:00-da start götürəcək.

