11 İyul 2026
Dünya futbolu

Türkiyə klubu almaniyalı məşqçini göndərdi

UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət çəkən Türkiyənin “Samsunspor” komandası baş məşqçi Tomas Reislə yollarını ayırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

52 yaşlı çalışdırıcı 2024-cü ildə vəzifəsinə başladığı komandaya Super Liqanın bürünc medalların qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43