12 İyul 2026
İdman

Millimiz Şamaxıda təlim-məşq toplanışına başladı

Azərbaycanın gənc oğlanlardan ibarət cüdo millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43