12 İyul 2026
Ölkə futbolu

Matça doğru: “Kəpəz”də ciddi itki, “Neftçi”nin cəzalısı var 

Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz” “Neftçi”ni qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi görüşə bir itki ilə çıxacaq. Ryonosuke Ohori matçda zədəli olduğu üçün çıxış etməyəcək.

“Neftçi”də isə cəzalı Elvin Bədəlov matçda forma geyinə bilməyəcək. 

Xatırladaq ki, “Kəpəz” – “Neftçi” görüşü bu gün saat 14:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43