Albaniyanın “Partizani” klubunda forma geyinən Vüsal İsgəndəryə Qazaxıstan klubundan təklif gəlib.
Bu barədə İdmanxeber.az saytına oyunçu özü açıqlama verib. O bildirib ki, qış transfer dönəmində Qazaxıstanın iki klubu onu istəyib.
Ancaq “Partizani” klubu yüksək məbləğdə təzminat tələb etdiyi üçün transfer baş tutmayıb.
Xatırladaq ki, həmyerlimizin Albaniya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdi.

