“Çox yaxşı oldu ki, ardıcıl qələbələr qazanırıq. Komandada ruh yüksəkliyi var. Psixoloji cəhətdən müsbət haldır. Çoxdandır belə ardıcıl qələbələrimiz yox idi. Çox yaxşı kollektivimiz var, davam edirik. Çalışırıq ki, baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirək”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “Kəpəz” qələbəsi sonrası deyib. 34 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”la oyunun təxirə salınması ilə bağlı fikirlərini bölüşüb:
“Qarabağ”la oyunun təxirə salınması bizə problem olacaq. Çünki bu qarşılaşmanı digər iki oyunun arasına salacaqlar. Gələn dəfə qısa müddətdə ardıcıl üç oyun oynamalı olacağıq. İki həftəlik fasilə yaranması yaxşı hal deyil. Çünki hər həftə oyunlara yaxşı hazırlaşırdıq. Məcburuq ki, buna dözək. Növbəti oyunları düşünməliyik. İndi “Qarabağ”la oyun barədə uzun-uzadı danışmağa dəyməz, heç onu düşünməyə vaxtımız da yoxdur. Önümüzə baxacağıq”.

