12 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu üçün yüksək məbləğdə təzminat tələb edildi, transfer baş tutmadı 

Albaniyanın “Partizani” klubunda forma geyinən  Vüsal İsgəndəryə Qazaxıstan klubundan təklif gəlib.

Bu barədə İdmanxeber.az saytına oyunçu özü açıqlama verib. O bildirib ki, qış transfer dönəmində Qazaxıstanın iki klubu onu istəyib.

Ancaq “Partizani” klubu yüksək məbləğdə təzminat tələb etdiyi üçün transfer baş tutmayıb.

Xatırladaq ki, həmyerlimizin Albaniya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43