25 İyun 2026
Dünya futbolu

Modriç Xorvatiya klubuna qayıda bilər

Luka Modriç 2026-cı il dünya çempionatından sonra vətəninə qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçinin yenidən Zaqreb “Dinamo”sunun formasını geyinmək ehtimalı var.

Hazırda “Milan”da çıxış edən 40 yaşlı futbolçuya klubun müqaviləni bir il uzatmaq seçimi də mövcuddur. Modriç bu mövsüm 28 oyunda 2 qol və 3 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43