27 İyun 2026
Ölkə futbolu

AFFA nümayəndələri UEFA-nın seminarında

24-25 fevral tarixlərində Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

 

 

Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:

• UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi

• Avropa Futbol mühiti

• Yerli maliyyə monitorinqi

• Hüquqi qrup strukturu və hesabat perimetri

• UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43