“Bavariya”nın hücumçusu Harri Keyn 2025/2026 mövsümü üçün “Qızıl buts” yarışında ilk pillədə qərarlaşıb. İngiltərəli forvard Bundesliqada vurduğu 30 qola görə 60 xal toplayıb.
İdmanxeber.az-ın məlumatına görə, reytinqdə ikinci yerdə “Real”ın hücumçusu Kylian Mbappe qərarlaşıb. Fransalı futbolçunun aktivində 23 qol və 46 xal var. İlk üçlüyü isə “Mançester Siti”nin bombardiri Erlinq Haaland tamamlayır – 22 qol, 44 xal.
Xatırladaq ki, Avropanın ilk beş çempionatında hər qol 2 xal, 6–21-ci yerlərdə olan liqalarda 1,5 xal, digərlərində isə 1 xal dəyərindədir.
Qeyd edək ki, 2024/2025 mövsümünün “Qızıl buts” mükafatını Kilian Mbappe qazanmışdı. O, La Liqadakı debüt mövsümündə 31 qol vurmuşdu.

