12 İyun 2026
Dünya futbolu

Uruqvalı hücumçu Premyer Liqaya qayıdır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən hücumçu Darvin Nunes karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” və “Nyukasl” 26 yaşlı forvardın transferində maraqlıdır. “Əl-Hilal”ın Nunesi liqanın ikinci dövrəsi üçün sifariş ərizəsinə daxil etməməsi onun yayda Premyer Liqaya qayıdacağı ehtimalını artırıb.

Uruqvaylı futbolçu mövsümün əvvəlində “Liverpul”dan 53 milyon avroya transfer olunub. O, 24 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43