“Fənərbağça” müdafiəsini gücləndirmək üçün İtaliyanın “Bolonya” klubunda çıxış edən kolumbiyalı futbolçu Con Lukuminin transferi ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçini siyahısının birinci pilləsinə əlavə edib və tezliklə rəsmi danışıqlara başlayacaq.
Futbolçunun müqaviləsi 2027-ci ilə qədərdir.

