12 İyun 2026
Dünya futbolu

Mbappe “Real”dan narazıdır – Fransaya qayıdır 

“Real”ın ulduz futbolçusu Kilian Mbappe ilə bağlı İspaniya mətbuatında diqqətçəkən iddia yayılıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu diz problemində vəziyyətin ağırlaşmasının və müalicə prosesinin uzanmasının səbəbkarı kimi klubun tibbi heyətini görür.

Zədələrə görə tibbi heyətdən narazı qalan Mbappe dizinə dair ikinci rəy almaq üçün Fransaya yollanacaq.

Klub rəhbərliyinin isə tibbi heyətin diz problemində yanlış diaqnoz qoyduğunu və bu səbəbdən düzgün müalicə prosesinin həyata keçirilmədiyini düşündüyü iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43