12 İyun 2026
Dünya futbolu

“Yuventus”da yeni müqavilə – RƏSMİ

“Yuventus” yarımmüdafiəçisi Ueston Makkenni ilə müqaviləni 2030-cu ilin yayına qədər uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ millisinin üzvü 2020-ci ildən Turin təmsilçisində çıxış edir və komandanın əsas simalarından birinə çevrilib. 27 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 38 matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Transfermarkt” portalı Makkenninin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir. Yeni müqavilədən sonra o, komandanın ən çox maaş alan futbolçuları sırasına daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43