19 İyun 2026
Ölkə futbolu

“Sabah”dan “Qarabağ”ın qərarına atmaca – VİDEO 

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcəyi “Qarabağ” oyunu öncəsi maraqlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi sosial şəbəkə hesabından Ağdam təmsilçisinin azarkeşlərlə bağlı qərarına atmaca atıb. Belə ki, “Qarabağ” bu oyuna uşaq və xanım azarkeşlərin stadiona pulsuz buraxılacağını açıqlamışdı.

“Bayquşlar” da hazırlanan videoçarxda bu qərarın “Sabah” azarkeşlərinə də aid olub-olmadığını soruşub və sual cavabsız qalıb.

Həmib paylaşımı təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43