19 İyun 2026
Dünya futbolu

“Real”ın hücumçusu “Arsenal”ın hədəfində

“Real”ın hücumçusu Qonsalo Qarsiya “Arsenal”ın transfer siyahısına düşüb.

İdmanxeber.az xəbər verir ki, London klubu yayda Qabriel Jesusu sataraq onun yerinə 22 yaşlı ispaniyalını heyətə qatmaq istəyir. Futbolçu ilə “Nyukasl” da maraqlanır.

Qarsiyanın “Real”la müqaviləsi 2030-cu ilə qədərdir. O, bu mövsüm 32 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43