19 İyun 2026
Dünya futbolu

Arteta ən yaxşı baş məşqçi seçildi

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi Mikel Arteta seçilib.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”ın çalışdırıcısı bu ada komandasının ay ərzində keçirdiyi hər üç oyunda qalib gəlməsi sayəsində layiq görülüb. London klubu “Çelsi”, “Brayton” və “Everton”u məğlub edib.

Qeyd edək ki, “Arsenal” hazırda 70 xalla turnir cədvəlinin lideridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43