14 İyul 2026
Dünya futbolu

Kardozo futboldan getdi

Paraqvaylı hücumçu Oskar Kardozo futbolçu karyerasını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı forvard qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Son olaraq “Libertad”da çıxış edən Kardozo karyerası ərzində “Benfika”, “Trabzonspor” və “Olimpiakos” kimi klubların da formasını geyinib.

O, Paraqvay millisində keçirdiyi 57 oyunda 12 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43