Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən Araz-Naxçıvan – Turan Tovuz oyunundan sonra baş məşqçi Andrey Demçenkonun mətbuat konfransı keçirib.
İdmanxeber.az mütəxəssisin fikirləri ilə sizi tanış edir:
“Oyundan əvvəl kimsə mənə desəydi ki 0:3 hesabı ilə məğlub olacaqsınız, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Hətta hakimin artırdığı vaxtda da mübarizəni davam etdirməli, döyüşməlisən. Ancaq bizdə sona yaxın alınmadı. Məğlubiyyətin məsuliyyəti biz məşqçilərdədir. Hər şeyi üzərimə götürürəm. Görünür biz onları qələbə qazanmaq üçün lazım qədər hazırlamamışıq. Futbolçuları günahlandırmıram.
Fərqli meydanlarda və kiminlə oynamağımızın futbolçular üçün fərqi olmamalıdır. Onlar matça tam şəkildə konsentrasiya olmalıdır.
Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Avrokubok şansımızın tam bitdiyini deməzdim”.

