03 İyul 2026
Dünya futbolu

“Çelsi” baş məşqçi ilə yolları ayırdı

“Çelsi” baş məşqçi Liam Rozeniorla yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

O, uğursuz nəticələrə görə vəzifəsindən göndərilib.

Qeyd edək ki, Liam Rozenior yanvarda komandaya rəhbərlik etməyə başlamışdı. “Çelsi” onun rəhbərliyi altında 11 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43