05 İyul 2026
Dünya futbolu

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi açıqlandı

Səudiyyə Ərəbistanı millisinin baş məşqçi vəzifəsinə Georgios Donis təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, 56 yaşlı yunan mütəxəssislə 2027-ci ilin iyuluna qədər müqavilə imzalanıb.

Donis daha əvvəl AEK, PAOK və “Panatinaikos” klublarında, eləcə də Səudiyyə Ərəbistanında bir neçə komandada çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43