05 İyun 2026
Ölkə futbolu

Azərbaycan millisi Maltaya qarşı – YENİLƏNİR

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxalam oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim:
 Mixali Kaprali (Macarıstan)

Sombatxey, “Haladaş” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43