“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Raşfordun transferindən əl çəkməyib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun rəhbərliyi və baş məşqçi Hansi Flik ingiltərəli futbolçunu heyətdə görmək istəyir. Transfer məsələsinin dünya çempionatından sonra daha da aktuallaşacağı bildirilir.
“Mançester Yunayted” isə oyunçunu satmağa tələsmir. Bununla belə, sərfəli təklif gələcəyi halda transferə razılıq verilə bilər.
Raşfordun özü də gələcəyi ilə bağlı yekun qərar verməyib. Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.

