05 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”da hücum əməliyyatı: İki legioner futbolçu gözlənilir

“Turan Tovuz” növbəti mövsüm üçün transfer çalışmalarına start verib. Klub rəhbərliyinin bütün CAS-dan gələcək xəbərə köklənsə də, heyətlə bağlı çalışmalar da davam edir.

Klubla müqaviləsi başa çatan Ayxan Hüseynovla İbrahima Vadjinin komandadan ayrılacağı gözlənilir. Millimizin üzvünün Avropadan yaxşı təklifləri var.

Seneqallı futbolçu isə gözləntiləri qarşılaya bilmədiyi üçün onunla yolların ayrılması planlaşdırılır.

Bu səbəbdən də rəhbərlik hücum xəttinə yeni futbolçular cəlb etməyi düşünür. Hazırda bölgə təmsilçisi hücumçu axtarışındadır.

Yay transfer dönəmində komandaya iki forvardın alınacağı gözlənilir. Yeni futbolçuların ikisinin də legioner olacağı bildirilir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43