12 İyun 2026
Dünya futbolu

Mbappe Argentina ilə mümkün oyundan danışdı: “Qorxacaq heç nəyimiz yoxdur”

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında Argentina ilə mümkün qarşılaşma barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, Argentina ilə yenidən üz-üzə gəlmək ehtimalından çəkinmədiklərini bildirib:

“Əgər Argentina ilə qarşılaşsaq, bu, əla oyun olacaq. Biz heç kimdən qorxmuruq. Dünya çempionu olmaq istəyirsənsə, ən güclüləri məğlub etməlisən.”

Mbappe qeyd edib ki, Fransa millisinin əsas məqsədi turnirdə maksimum irəliləmək və yenidən dünya çempionu olmaqdır. O, Argentina ilə oyunun baş tutacağı halda bunun azarkeşlər üçün xüsusi qarşılaşma olacağını vurğulayıb.

Xatırladaq ki, Fransa və Argentina yığmaları sonuncu dəfə 2022-ci il dünya çempionatının finalında üz-üzə gəlib. Həmin matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında Cənubi Amerika təmsilçisi qalib gəlmişdi. Mbappe həmin görüşdə het-trik müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43