15 İyun 2026
Ölkə futbolu

“Qarabağ” portuqaliyalı futbolçu ilə müqavilə bağlamağa yaxındır 

“Qarabağ” “Portimonense”nin dayaq yarımmüdafiəçisi Samuel Lobato ilə müqavillə bağlamağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

24 yaşlı portuqaliyalı futbolçu yaxın günlərdə Ağdam klubu ilə müqaviləyə imza atacaq.

Müqavilənin rəsmiləşməsi üçün bəzi xırda detallar qalır.

Lobatonun “Portimonense” ilə 2028-ci ilə qədər müqaviləsi olduğundan “Qarabağ” futbolçunun klubuna kompensasiya ödəməli olacaq.

Transfermarkt saytı Lobatonu 300 min avro dəyərləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43