“Kəpəz”dən ayrılan qapıçı Məmməd Hüseynovun yeni klubu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı qolkiper “Şəfa”ya keçib.
Bu barədə “Şəfa”nın mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.
“Qarabağ”ın yetirməsi olan Məmməd Hüseynov “Zirə”də də çıxış edib.

