Azərbaycanın yeniyetmə boksçuları Serbiyanın Vrbas şəhərində keçirilən Millətlər Kubokunda 13 medal qazanıblar.
İdmanxeber.az-ın məlumatına görə, Vaqif Kazımovun baş məşqçi olduğu U-17-nin heyətində Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq), Şükar Əliyev (80 kq) gümüş medal, Həsrət Məmmədov (46 kq) və Elcan Musazadə (54 kq) isə bürünc medala sahib olublar.
7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov isə ən yaxşı hakimi seçilib.
Azərbaycanı 8 ölkənin qatıldığı beynəlxalq turnirdə 13 idmançı təmsil edib.

