“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın açıqladığı qruplaşdırmaya əsasən, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda güclü rəqiblərdən biri ilə qarşılaşacaq.
Belə ki, “Qarabağ”ın mümkün rəqibləri Türkiyənin “Beşiktaş”, Niderlandın “Tvente”, Norveçin “Tromse”, İsveçin “Hammarbü” klubları, həmçinin Bolqarıstanın SSKA (Sofiya) – İrlandiyanın “Derri Siti” cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23 və 30-da keçiriləcək.

