18 İyun 2026
Ölkə futbolu

Öncə 5 min aldı, indi 10 min manat alacaq

“Kəpəz” sabiq baş məşqçisi Azər Bağırova yüksək məbləğdə pul mükafatı ayırıb.

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb ötən mövsüm komandanın Premyer Liqada qalmağı bacarmasıdır. Rəhbərlik bu səbəbdən də təcrübəli çalışdırıcıya “premya” ayırıb.

Azər Bağırov 2024-2025 mövsümün də işinin öhdəsindən gəlmişdi. Gəncə təmsilçisi onun rəhbərliyi ilə elitada yerini qorumuşdu.

Həmin dönəm “sarı-göylər” Bağırova 5 min pul ayırmışdısa, bu səfər rəqəm ikiqat çox olub – 10 min manat. Rəhbərlik Azər Bağırovun əməyini bu məbləğlə dəyərləndirib.

Xatırladaq ki, təcrübəli mütəxəssis “Kəpəz”dən ayrılaraq “Şamaxı” ilə 3 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43