18 İyun 2026
Kateqoriyasız

Maykl Olise uğrunda nəhənglərin savaşı

“Bavariya”nın hücumçusu Maykl Olise transfer bazarının ən çox danışılan futbolçularından birinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, həm “Real”, həm də “Mançester Siti” fransalı futbolçunu heyətinə qatmaq istəyir. Münhen klubu isə 24 yaşlı oyunçunu satmaq niyyətində deyil.

Buna baxmayaraq, hər iki klubun yay ərzində rəsmi təklif göndərə biləcəyi bildirilir. Olise ötən mövsüm Almaniya Bundesliqasında və Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkib.

PSJ-nin də futbolçunun vəziyyətini izlədiyi vurğulanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43