“Neftçi”nin transfer siyahısında yer alan Qustavo Klisman Bakıya gəlib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun yaxın saatlarda tibbi müayinədən keçəcəyi gözlənilir.
Məlumata görə, tibbi baxışın nəticələri müsbət olacağı təqdirdə, paytaxt təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayacaq.
Klisman son olaraq Portuqaliya yüksək liqasında çıxış edən “Santa Klara” klubunun formasını geyinib.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi üçün “Neftçi” qarşı tərəfə kompensasiya ödəyəcək.
Lakin son günlər mətbuatda yer alan 500 min və ya 1 milyon avro məbləğindəki iddiaların həqiqəti əks etdirmədiyi bildirilir.

